"QatarEnergy" şirkəti Qətərdən qaz hasilatını artımaq üçün Asiya gəmi operatorları ilə dörd müqavilə imzalayaraq 19 mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcısını icarəyə götürüb.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Qətərin energetika naziri Saad Şerida al-Kaabi qeyd edib ki, Çin şirkətləri CMES və Shandong MarineGroup hər biri altı gəmi, Malayziyanın MISC şirkəti öz növbəsində üç gəmi, Cənubi Koreyanın Hyundai Glovis və Yaponiyanın Kawasaki Kisen Kaisha birgə müəssisəsi isə dörd qaz daşıyıcısı verəcək.
Hər bir gəminin tutumu 174 min kubmetrdir.
Bloomberg bildirib ki, Qətərin daha çox LNG daşıyıcısına ehtiyacı var, çünki ölkə resurs üzrə qlobal bazarda liderliyi bərpa etmək üçün Şimal Yatağının illik istehsal gücünü indiki 77 milyon tondan 2030-cu ilə qədər 142 milyon tona çatdırmağı hədəfləyir.
Report.az
Qətər qaz tədarükünü kütləvi şəkildə artırmağa hazırlaşır