Qətər: Qardaş Suriya xalqına 75 milyon dollarlıq dəstək verəcəyik

Qətər Suriya xalqı üçün humanitar yardıma 75 milyon dollar dəstək verəcəyini açıqlayıb.

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva əl-Hatır Suriya ilə bağlı 8-ci Brüssel Konfransında çıxış edib.

Ölkəsinin əvvəlki töhfələrini xatırladan Lulva əl-Hatır, dəqiq tarix vermədən, “Qətər, qardaş Suriya xalqının xeyrinə humanitar səylərə və müdaxilələrə dəstək üçün 75 milyon dollar töhfə verəcək” deyib.

Qətər naziri əlavə olaraq bildirib ki, çoxsaylı humanitar böhranlar Suriya və onun xalqına verilən vədlərə təsir etməyəcəyinə ümid edir.

Belçikanın paytaxtı Brüsseldə “Suriyanın gələcəyinin dəstəklənməsi” mövzusunda 8-ci Brüssel Konfransı keçirilib və konfransdan sonra 7,5 milyard avro qrant və kreditin ayrıldığı açıqlanıb.