Qalatasaray futbolçusu Kerem Aktürkoğlundan Fələstin mesajı:

"Görürəm ki, danışmağa qorxanlar var. Səssizcə oturub bu məsələ barədə danışmayacaq şəkildə yaşaya bilmərəm. İndi baş verənləri şərh etmək üçün tarixi məlumatlara ehtiyacımız yoxdur. Şahidi olduğumuz şey olduqca sadədir. İşğal edilmiş və məzlum xalq Qərbin tam dəstəklədiyi nüvə dövləti tərəfindən məhv edilir. Bu, bərabər döyüş deyil, qırğındır. Bu müdaxilə edilməli bir vəziyyətdir. Biz uşaqların susuz, işıqsız, qeyri-insani üsullarla ölməsinə tamaşa etməməliyik. Və sülh üçün dua etmək kifayət deyil".
Son sözüm: "Haqsızlığa səssiz qalan lal şeytandır".