ABŞ prezidenti Donald Trampın keçmiş həkimi Harold Bornşteyn illər sonra maraqlı etiraf edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Harold 2015-ci ildə prezident seçkiləri ərəfəsində Trampa sağlamlıq haqqında saxta arayış verdiyini boynuna alıb. Onun sözlərinə görə, Ağ Ev rəhbəri həmin arayışı zorla yazdırıb:
“Bütün mətni Tramp özü diktə edib”.
Arayışa görə, Tramp prezidentlik postu üçün kifayət qədər sağlam olub. 2017-ci ildə isə prezidentin cangüdənləri Bornşteynin ofisinə basqın edərək Trampa aid bütün tibbi sənədləri müsadirə ediblər. Haroldun illər sonra bu etirafı etməsinin isə səbəbi bilinmir.
Prezident olmaq üçün saxta sənəd düzəldib - Həkimindən etiraf

Oxşar xəbərlər