Pentaqon: Son 7 gündə İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə 13 hücum gerçəkləşib

 Pentaqonun sözçüsü general Patrik Rayder gündəlik mətbuat konfransında Yaxın Şərqdəki hadisələri dəyərləndirib.

Rayder, 17-24 oktyabr tarixləri arasında İraqda ABŞ və koalisiya qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə ən azı 10, Suriyada isə 3 ayrı hücumun həyata keçirildiyi məlumatını paylaşıb. Hücumları həyata keçirən qrupların İran administrasiyası və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəkləndiyini iddia edib.

Oktyabrın 19-da Yəməndə husilər tərəfindən İsrailə atılan 3 raketlə bağlı suala cavab olaraq bu raketlərin mənzilinin 2 min kilometr civarında olduğu məlumatını paylaşan Rayder, əgər bu raketlər olmasaydı, ehtimal ki, İsrailə çata biləcəklərini qiymətləndirib.

Pentaqon oktyabrın 19-da Yəməndən Qırmızı dəniz üzərindən İsrailə doğru atılan 3 raketə müdaxilə etdiyini açıqlayıb. Husilər tərəfindən atıldığı deyilən raketlərin “potensial təhlükə olaraq qəbul edildiyi” üçün bölgədə fəaliyyət göstərən USS Carney döyüş gəmisi tərəfindən vurulduğu qeyd edilib və hədəflərin bölgədə fəaliyyət göstərən “USS Carney” tərəfindən vurulduğu qeyd edilib.