Parisdə son 33 ilin ən böyük etiraz aksiyası

Fransada on minlərlə insan küçələrə çıxaraq antisemitizm əhval-ruhiyyəsinin kəskin artmasına son qoymağa çağırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

İsrail-Həmas müharibəsi fonunda keçirilən etiraz aksiyasına Parisdən təxminən 105 000 etirazçı qatılıb. Bu, 1990-cı ildən sonra Parisdə antisemitizmə qarşı ən böyük etirazı olub.