Pakistanda polis maşınına hücum: 12 nəfər yaralanıb

 

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində polis maşınına bomba qoyulması nəticəsində ikisi polis olmaqla 12 nəfər yaralanıb. Yerli media hadisənin əyalətin paytaxtı Kvettada baş verdiyini və yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Polis mənbələri hücumun polis maşınının şəhərin izdihamlı bölgəsində adi patrul xidməti zamanı baş verdiyini və əldəqayırma partlayıcı qurğu ilə həyata keçirildiyini bildirib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hadisə ilə bağlı istintaq başladıldığı və bomba məhvetmə qruplarının dəlil topladığı bildirilib.