Mərkəzi Bank Azərbaycanın tədiyyə balansına dair ötən ilin göstəricilərini açıqlayıb. Burada Azərbaycana yatırımlar, eləcə də Azərbaycanın xarici ölkələrə yatırdığı vəsaitlərlə bağlı rəqəmlər də yer alıb.
Mərkəzi Bankın yayımladığı hesabatdan görünür ki, 2022-ci illə müqayisədə ötən il Azərbaycandan xarici ölkələrə yatırılan vəsaitin həcmi kəskin artıb. Əgər 2022-ci ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatına 1.1 milyard dollar yatırılmışdısa, 2023-cü ildə bu rəqəm 2 milyard dollar artaraq 3.1 milyard dollara çatıb. Ötən il Azərbaycandan xarici ölkələrə yönəldilən investisiyaların 58 faizi tək Türkiyənin payına düşüb. Təkcə 2023-cü ildə Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 2022-ci ildə Azərbaycandan bütün ölkələrə yatırılan investisiyaların həcmindən təxminən 50 faiz çoxdur.
Azərbaycanın Türkiyədəki ən böyük yatırımı "Star" Neft Emalı Zavodudur. Türkiyədə emal olunan neft məhsulları istehsalının təxminən 25 faizi məhz bu zavodun payına düşür. Müəssisədə ilboyu 5 milyon ton dizel yanacağı istehsal edilir. Bu da Türkiyənin eyni növ məhsul idxalını 40 faiz, mayeləşdirilmiş qaz idxalını isə 70 faiz azaldıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, indiyədək SOCAR-ın Türkiyəyə yatırdığı toplam vəsait 18 milyard dollardır. Başqa deyimlə, Azərbaycanın indiyədək Türkiyəyə yatırdığı investisiyaların böyük hissəsi SOCAR-ın payına düşür.
İlk üçlükdəki digər ölkələr də dəyişib
Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən yatırımların həcminə görə ötən illə müqayisədə ilk üçlükdəki digər iki ölkənin də adı dəyişib. 2023-cü ildə Azərbaycandan xaricə yatırılan investisiyaların həcminə görə ikinci yeri ABŞ tutub. Ötən il Azərbaycandan ABŞ-a yönəldilən yatırımların həcmi 312 milyon dollar olub. Bu, 2022-ci illə müqayisədə dörd dəfə artım deməkdir. 2023-cü ildə Azərbaycandan ən çox vəsaitin yönəldildiyi üçüncü ölkə Birləşmiş Krallıq olub. Bu ölkəyə yatırılan investisiyaların həcmi təxminən 90 milyon dollar artaraq 157 milyon dollara çatıb.
Müqayisə üçün: 2022-ci ildə Azərbaycandan ən çox vəsaitlərin yönəldildiyi ölkələrin ilk üçlüyündə Türkiyədən sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (148 milyon dollar) və Avstraliya (80 milyon dollar) tuturdu. Ötən il bu ölkələrə yatırımlar, uyğun olaraq, 53 milyon və 67 milyon dollar azalıb.
Azərbaycana ən çox yatırım edən ölkələr
Ötən il Azərbaycana yatırılan xarici sərmayənin həcmi 6 milyard 658 milyon dollardır. Bu, 2022-ci illə müqayisədə təxminən 6 faiz artım deməkdir. İl ərzində Azərbaycana ən çox yatırım edən ölkə, ənənəvi olaraq, Birləşmiş Krallıq olub. Bunun əsas səbəbi həmin ölkənin enerji şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsidir. Onu da unutmaq olmaz ki, Azərbaycana yatırılan xarici investisiyaların yarıdan çoxu məhz neft-qaz sənayesi ilə bağlıdır. Neftdənkənar sahələrə xarici investorların marağının aşağı olması müstəqil ekspertlərin hökumətə yönəltdiyi əsas tənqidlərdən biridir. Ötən il Birləşmiş Krallığın Azərbaycana yatırdığı vəsaitin toplam həcmi 1 milyard 857 milyon dollar olub. Başqa deyimlə, Azərbaycana yatırılan investisiyaların təxminən 28 faizi Birləşmiş Krallığın payına düşür. Bu ölkədən Azərbaycana yönəldilən investisiyaların həcmi 2022-ci illə müqayisədə təxminən 100 milyon dollar (6 faiz) artım göstərib.
Böyük Britaniyadan başqa Azərbaycana yatırdığı investisiyanın həcmi 1 milyard dolları ötən tək ölkə Türkiyədir. 2023-cü ildə Türkiyədən Azərbaycan iqtisadiyyatına toplam 1 milyard 302 milyon dollar yönəldilib. Azərbaycan iqtisadiyyatına yatırımların həcminə görə üçüncü pillədə Kipr qərarlaşıb. Ötən il bu ölkədən Azərbaycan iqtisadiyyatına 792 milyon dollar yatırılıb. Sadalanan üç ölkə 2023-cü ildə də Azərbaycana yatırılan xarici investisiyaların həcminə görə ilk üçlükdə qərarlaşmışdı.
Pul köçürmələri niyə azalıb?
Mərkəzi Bankın açıqladığı rəqəmlər arasında ötənilki pul köçürmələrinin həcminə dair rəqəmlər də yer alır. Rəsmi rəqəmlərə görə, ötən il xarici ölkələrdən Azərbaycandakı fiziki şəxslərə 1 milyard 655 milyon dollarlıq pul köçürməsi gerçəkləşdirilib. 2022-ci illə müqayisədə xarici ölkələrdən Azərbaycana köçürülən pulun həcmi təxminən iki dəfə azalıb. Ancaq 2022-ci ildən öncəki illərlə müqayisədə Azərbaycana göndərilən pulların həcmi hələ də yüksəkdir. Məsələn, 2021-ci ildə Azərbaycana cəmi 1 milyard 133 milyon dollar köçürülmüşdü. Unutmaq olmaz ki, 2022-ci ildə pul köçürmələrindəki kəskin artım Rusiya və Ukrayna arasında müharibənin başlamasından qaynaqlanmışdı. Həmin vaxt Rusiya banklarına sanksiyaların tətbiqi və digər məhdudiyyətlər üzündən Rusiyada yaşayan Azərbaycanəsilli şəxslər öz vəsaitlərini Azərbaycana köçürməyə başlamışdı. Artıq bu proses səngidiyindən pul köçürmələrinin həcmi də azalıb.
Pul köçürmələrinin həcmindəki azalmanın Rusiya ilə bağlı olmasını rəsmi rəqəmlər də sübut edir. 2022-ci ildə Rusiyadan Azərbaycana 3 milyard dollara yaxın vəsait daxil olduğu halda, 2023-cü ildə bu rəqəm 1 milyard dollara geriləyib. Bununla belə, Rusiya, ənənəvi olaraq, Azərbaycana ən çox pul göndərən ölkədir. Ötən il Azərbaycana daxil olmuş pul köçürmələrinin 63 faizi bu ölkənin payına düşüb. Rusiyadan sonra Azərbaycana ən çox pul köçürülən digər ölkələr Türkiyə (164 milyon dollar) və ABŞ-dir (74 milyon dollar).
Azərbaycandan ən çox pulun köçürüldüyü ölkə isə Türkiyədir. Ötən il Azərbaycandan Türkiyəyə 146 milyon dollar köçürülüb. Türkiyənin Azərbaycandan xarici ölkələrə köçürülən vəsaitdə payı 27 faizə yaxındır. Türkiyədən sonra Azərbaycandan ən çox pul göndərilən ölkələr Rusiya (74 milyon dollar) və Gürcüstandır (59 milyon dollar).
AzadlıqRadiosu
Ötən il Azərbaycandan Türkiyəyə yatırımlar 8 dəfə artıb