"Onun ailəsi rüşvət şəbəkəsinin bir hissəsidir": Ekvadorun keçmiş prezidenti Moreno korrupsiyaya görə həbs edilib

Ekvadorun keçmiş prezidenti Lenin Moreno ölkənin ən böyük su elektrik bəndinin tikintisi üzrə tenderdə Çin şirkətindən rüşvət aldığı üçün ev dustaqlığına alınıb. Morenonun həyat yoldaşı, qızı və kürəkəninin 660 min dollar rüşvət aldığı iddia edilir.

2017-2021-ci illərdə Ekvadorun prezidenti olmuş 69 yaşlı Moreno və daha 36 nəfər ümumilikdə 76 milyon dollar rüşvət almaqda ittiham olunub. İttiham tərəfinin fikrincə, korrupsiya şəbəkəsi 2,5 milyard dollar dəyərində Coco Codo Sinclair su elektrik stansiyasının tikintisi zamanı mənimsə edib.

Baş prokuror Diana Salazar istintaqda adı çəkilən bütün şübhəlilərin həbs olunmasını istəyib. Baş Prokurorluq Twitter hesabından verdiyi açıqlamada, keçmiş prezident Moreno da daxil olmaqla 14 nəfərin yaş həddinə görə ev dustağı edildiyini bildirib.

İttiham tərəfi iddia edib ki, Morenonun rüşvət şəbəkəsinin bir hissəsi olmaqda ittiham etdiyi ailə qrupu, o cümlədən həyat yoldaşı, qızı, bacı-qardaşları və baldızları ümumilikdə 660 min dollar rüşvət alıblar. İddianamədə şübhəlilər üçün 7 il həbs istənilib.

Keçmiş prezident Moreno fevralın 22-də sosial media hesabından verdiyi açıqlamada ittihamları rədd edərək, bəndin tikintisi ilə bağlı tenderə cavabdeh olmadığını müdafiə edib. Ev dustaqlığına buraxılan Moreno həm də 2007-2013-cü illərdə keçmiş prezident Rafael Korreanın müavini olub. Korrea həmçinin qiyabi mühakimə olunduğu korrupsiya işində səkkiz illik həbs cəzasını çəkdikdən sonra Belçikada sığınacaq alıb.