Bakıda həbsxanada iki məhkum ölüb

1974-cü il təvəllüdlü Azad Sabir oğlu Şiriyev və 1971-ci il təvəllüdlü Samir Bağdasar oğlu İsayev xəstəlikdən dünyasını dəyişiblər

Bakıda iki məhkum həbsdə ölüb.

ONA-ya istinadla verilən məlumata görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılanlar – 1974-cü il təvəllüdlü Azad Sabir oğlu Şiriyev və 1971-ci il təvəllüdlü Samir Bağdasar oğlu İsayev xəstəlikdən dünyasını dəyişiblər.