113 məhkum həbsxanadan qaçıb

İndoneziyanın Sumatra adasında 113 məhkum həbsxanadan qaçıb.

Bu barədə ölkənin Ədliyyə və İnsan Haqları Nazirliyi məlumat yayıb. 

İnsident ötən gün baş verib. Məhkumlar pəncərələrin barmaqlıqlarını sındırmağa nail olublar. 

Hazırda hüquq-mühafizə orqanları 4 məhkumu saxlaya biliblər. Digərlərinin axtarışı davam etdirilir.