Deputatların, Ombudsmanın və Konstitusiya Məhkəməsi hakimlərinin maaşı artırılır

Məsələ parlamenin mayın 4-də keçiriləcək iclasında müzakirə ediləcək

Azərbaycanda deputatların, Ombudsmanın və Konstitusiya Məhkəməsi hakimlərinin əməkhaqlarının 10 faiz artırılması təklif olunur. Bununla bağlı məsələ Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyinə əlavə edilib.

Gündəlikdə 19 məsələnin müzakirəsi nəzərdə tutulsa da, Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişiklik layihələri də gündəliyə əlavə edilib.

Hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

meydan.tv