Ənsarullahdan İsrailə raket hücumu

Yəmən Ənsarullah Hərəkatı bir aydır Qəzzanı güclü bombardman edən İsrail rejiminə raket hücumu edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri: “Yəmən Silahlı Qüvvələri, Allahın köməyi ilə, son bir neçə saat ərzində müxtəlif və həssas hədəflərə pilotsuz uçuş aparatı ilə hücumlar həyata keçirib, bu hücumlar İsrailin işğal altında saxladığı torpaqlarında həyata keçirilib. Əməliyyat nəticəsində, hədəf alınan əsas və hava limanlarında bir neçə saat hərəkətlilik dayanıb.

Yəmən Silahlı Qüvvələri Allaha təvəkkül edərək Fələstin xalqına dəstək və kömək məqsədilə daha çox xüsusi hərbi əməliyyatlar keçirməyə davam edəcək. Bu, Yəmən xalqının çağırışlarına və bütün İslam dünyasının tələblərinə cavab vermək məqsədi daşıyır. Əməliyyatlarımız İsrailin Qəzzadakı qardaşlarımıza qarşı qəddar təcavüzünə son qoymaq üçün atılan bir addımdır” deyə söyləyib.