Bakıda həbs olunan siyasi mühacir Azad Həsənovun həyat yoldaşı Təranə Həsənova Avropa şəhərlərini gəzərək təkbaşına askiya edir.
O, baş çəkdiyi şəhərlərdə Müsavat Partiyası fəalı Azad Həsənovun şəklini qaldıraraq Azərbaycandakı siyasi məhbus hesab olunan şəxslərin məsələsinə diqqət yönəldir.
Bu barədə Meydan TV-yə məlumat verən Təranə Həsənova həyat yoldaşının ev dustaqlığına buraxılmamasını sifarişli məhkəmə işinin nəticəsi adlandırıb: "Azərbaycanda sifarişli məhkəmə qərarını hakim yox, prezident verir.
Azad hər zaman Azərbaycan hakimiyyəti üçün təhlükə olub. Həm ölkədə, həm də ölkəni tərk etdikdən sonra siyasi fəaliyyətlə məşğul olub. Siyasi məhbuslara və onların ailəsinə dəstək verib". Xanımı deyir ki, yaxın zamanda Azad Həsənovun azadlığa buraxılacağına inanmır. Siyasi mühacirin həbsini həm də, digərlərinə görk olsun deyə edildiyini bildirir.
A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.
Vəkili bildirib ki, A.Həsənov özünü təqsirli bilmir. Üzərindən tapıldığı iddia olunan narkotikin ona məxsus olmadığını, cibinə atıldığını deyir: "O, heç siqaret çəkmir, narkotikdən uzaq adamdır”.
A.Həsənov siyasi baxışlarına, sosial şəbəkələrdəki tənqidlərinə görə cəzalandırıldığını düşünür.
Həbsdə olan müsavatçının xanımı təkbaşına aksiya keçirir
Oxşar xəbərlər