Müsavat Partiyasının üzvü, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azad Həsənov aclıq aksiyasını dayandırıb. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
Onun sözlərinə görə, A.Həsənov vəkilinin yanında saxlandığı müəssisəsinin rəhbərinin adına ərizə yazaraq aclığı dayandırdığını bildirib.
Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında Bakıya gəlib. Oktyabrın 11-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur.
Azad Həsənov aclığı dayandırıb

Oxşar xəbərlər