Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
BakuPost Gəncənin yeni icra başçısının tərcümeyi-halını təqdim edir:
Bayramov Niyazi Müzəffər oğlu 26.03.1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.
1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəıs müavini, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bu gündən isə Gəncə Şəhər İcra Hakimiyyətiə başçlıq edəcək.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Ailəlidir. 2 övladı var.
Qeyd edək ki, N.Bayramov Gənclər və İdman Naziri Azad Rəhimovun qudasıdır.
Gəncənin yeni icra başçısı: Azad Rəhimovun qudası - Dosye

Oxşar xəbərlər