SEPAH: Hörmüzdə daha 4 tanker minaya düşüb, 2-si saxlanılıb

Hörmüz boğazı ətrafında azı dörd neft tankerinin dəniz minalarına düşdüyü bildirilir.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.

Qeyd olunub ki, həmin tankerlər Hörmüz boğazının cənub hissəsində gəmilərin hərəkətinə qadağa qoyulmuş ərazidən və rəsmi Tehrandan icazə almadan keçməyə cəhd göstərərkən minalara düşüb.

“Qadağan olunmuş zonadan keçməyə çalışan dörd tanker dəniz minalarına düşərək məhv edilib. Hazırda həmin gəmilər yanır. Bundan əlavə, qaydaları pozan daha iki gəmi ələ keçirilərək saxlanılıb”, – deyə məlumatda vurğulanıb.