AŞPA: Azərbaycanda QHT-lərin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb

İyunun 27-də AŞPA-nın yay sessiyasında Lüksemburqdan deputat İv Kruşenin bəzi AŞ ölkələrində vətəndaş cəmiyyəti hüquqlarının pozulması haqda sənədi qəbul ediib.

Pozuntulara yol verən ölkələr arasında Azərbaycanın da adı qeyd olunur. Ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin ciddi pisləşdiyi bildirilir.

Bundan öncə AŞ hakimiyyəti QHT-lər haqqında qanunvericiliyi ləğv etməyə və Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti 2015-2016-cı illərdə QHT-lərlə bağlı hüquqları sərtləşdirib, xarici donorların Azərbaycanda fəaliyyətini qadağan edib, QHT-lərin fəaliyyətini tam nəzarətə götürüb, faktiki olaraq QHT-lərə xarici qrant almağı qadağan edib.

Məhz buna görə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Azərbaycanın bu qurumdakı üzvlüyünü aşağı salıb və sonra dayandırıb.

Çoxsaylı beynəlxalq təşkilatlar hakimiyyətin bu siyasətini tənqid ediblər. Bua cavab olaraq hakimiyyət vətəndaş fəallarına qarşı repressiyaları artırıb, faktiki olaraq müstəqil QHT-ləri dağıdıb, onları düşmən xarici dairələrə işləməkdə ittiham edib.

Rəsmi Bakının bu siyasətə son qoyması ilə bağlı Avropa Şurasının çoxsaylı çağırışları və qətmanəsinə baxmayaraq, Azərbaycan hakimiyyəti buna məhəl qoymamağa davam edir, sənəddə qeyd olunur.

Turan