Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı tətbiq edilən sanksiya ilə bağlı Milli Məclisdə çıxış edib.
APA xəbər verir ki, o, çıxışında qeyd edib ki, bir insan kimi onun üçün bu asan deyil, çünki ədalətsizliklə qarşılaşıb: “Uzun illərdir mən Avropada fəaliyyət göstərmişəm, indi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil.
Lakin bununla şərəf duyuram. Çünki mən dövlətimin milli maraqları uğrundakı fəaliyyətimdə bu durumla rastlaşmışam. Tətbiq edilən sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq olunur?! Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP layihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətidir və heç kim bunu sarsıda bilməz. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Balalarımız cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.
Səməd Seyidov: "Sanksiyaya məruz qalmağımdan şərəf duyuram"

Oxşar xəbərlər