AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək. 
 
"Report" xəbər verir ki, səfər sentyabrın 5-7-də baş tutacaq.
 
T.S.Evarsdottir səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. 
 
Görüşlər Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında keçirəcək.