“Mən bu hesabata ona görə daxil edilmişəm ki, insan haqları müdafiəçiləri, QHT, məhbuslar və onların ailələri ilə görüşmüşəm?”
APA-nın məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının bu gün keçirilən iclasında avstriyalı parlamentar, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Stefan Şennak Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışında deyib.
S. Şennak bildirib ki, bu hesabat onun obyektivlik və professionallığını şübhə altına alır: “Hamı bilir ki, məsuliyyətlərimə necə ölçülü yanaşıram. Mən bir kabus yaşadım. Adım korrupsiyaya dair hesabata daxil edilib. Biz hüququn aliliyi və insan haqları sahəsində problemlərin olduğu ölkələrlə işləyirik. Belə ölkələrlə işləyəndə ehtiyatlı olmaq lazımdır. Mən Arif, Leyla Yunus, Xədicə İsmayıl kimi ekspertlərlə işləmişəm. Hesabatda adımı görəndə dəhşətə gəlirəm. Ola bilər ki, ilkin mətn yayımlanmazdan öncə daha bir araşdırma aparmaq lazım idi. Mən öz şərəfimi qorumaq və nüfuzumu geri qaytarmaq məcburiyyətində qalıram”.
Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.
S. Seyidov da AŞPA-nin yaz sessiyasının ilk iclasında çıxış edərək, 18 ildir, AŞPA-da təmsil olduğunu deyib, bildirib ki, kimsə onu korrupsiyada ittiham edə bilməz.
Stefan Şennakdan adını korrupsiyada hallandıranlara etiraz
Oxşar xəbərlər