AŞPA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskie Azərbaycana səfər edəcək.
 
Bu barədə "Report" xəbər verir ki, səfər sentyabrın 11-12-si tarixlərində baş tutacaq. 
 
Səfərdə məqsəd Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı konfransda iştirak etməkdir.