AŞPA Türkiyəni prezident seçkilərini təxirə salmağa çağırdı

Avropa Şurası Parlament Assambleyası Türkiyəni 24 iyun tarixində keçiriləcək prezident seçkilərini təxirə salmağa çağırıb.
 
Türkiyə KİV-inə istinadən xəbər verilir ki, AŞPA seçki qanununun seçki qərarından 1 əvvəl dəyişdirilməsi, fövqəladə vəziyyətin tətbiqi və möhürsüz seçki bülleteni qərarını Avropa qanunlarına zidd adlandırıb və seçkilərin demokratik şəkildə keçirilməsinin böyük şübhə altında olduğunu bildirib. Polisin seçki bürolarına daxil olması məsələsi də AŞPA-nı narahat edən qərarlardandır. 
 
Assambleyasının seçki üçün müşahidəçi heyət göndərib-göndərməyəcəyi isə bilinmir.