İndoneziyadan olan bir qrup jurnalist Cocuq Mərcanlıya səfər edib.
Axar.az xəbər verir ki, jurnalistlər səfər çərçivəsində Cocuq Mərcanlıdan olan və orada yaşayan məcburi köçkünlərlə görüşüblər.
Xarici jurnalistlərə məlumat verilib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Cocuq Mərcanlı kəndi işğal edilmişdi. 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən kəyata keçirilən "Horadiz" əməliyyatı zamanı kənd işğaldan azad edilib. Lakin kəndin ətrafında yerləşən əsas yüksəkliklər Ermənistan tərəfinin nəzarətində olduğu üçün və mütəmadi olaraq atəşə məruz qaldığı üçün kənd sakinləri evlərini tərk etmişdilər.
2016-cı ildə aprel döyüşlərindən sonra ərazidə əsas yüksəklik olan Lələtəpə Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra ermənilər ərazidən tamamilə çıxarılıb. Daha sonra Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən kənd yenidən bərpa edilib. Aparılan tikinti və yenidənqurma işləri artıq yekunlaşıb və kəndin sakinləri 25 ildən sonra öz doğma kəndlərinə qayıdıblar.
İndoneziyalı jurnalistlər Cocuq Mərcanli Kənd orta məktəbində müəllim və şagirdlərlə görüşdükdən sonra kəndin yeni tikilən məscidində olub və namaz qılıblar.
Xarici jurnalistlər təmas xəttinə səfər edərək ön xətdə yerləşən hərbi hissədə baş çəkib və buradakı şəraitlə yaxından tanış olublar.
Xarici jurnalistlər Cocuq Mərcanlıda - Foto

Oxşar xəbərlər