Araz Əlizadə: ''Bu qanun lirikadır''
“Dövlətin bu əlilləri ən azı ağlabatan müddətdə evlə təmin etmək imkanı yoxdursa, o zaman biz bu qanunu niyə qəbul edirik? 5731 nəfərdən neçəsinin evlə təmin edilib?”
Bunu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O, nazir müavindən bu barədə məlumat verməsini xahiş edib.
“2014-2018-ci illərdə əlillələrin mənzil təminatı ilə bağlı Prezident sərəncam imzalayıb. 2018-ci ilin sonuna qədər 5731 əlilin mənzil təminatı həll olunmalı idi. Zərdab rayonu üzrə rəqəmlərə baxdıqda məlum oldu ki, ötən il 67 nəfər ev növbəsinə durub, cəmi 7 nəfər evlə təmin edilib. Bu hüququ onlara verib evlə təmin etməyəcəyiksə, həmin şəxsləri dövlət orqanlarının qapısında qoymağa ixtiyarımız yoxdur. Bu tipli qanunlar müzakirəyə çıxarılarkən əlillərin sayı, onların mənzillə təminatı üçün hansı işlər görüləcəyi barədə məlumat verilsin”.
Q.Həsənquliyev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında göstərilib ki, ölkədə 620 min əlil var, onların 72 mini 18 yaşa qədər olan uşaqlardır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, şəhid ailələrinin, Qarabağ əlillərinin fərdi yaşayış evləri ilə təminatı məsələsi barədə məlumatlar nazirliyin saytında var:
“Bu, hər il 350-400 nəfəri əhatə edir. Ümid edirəm ki, 2014-2018-ci illərdə Dövlət proqramı yenidən hazırlanacaq və biz bu insanları evlə təmin edəcəyik. Digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır”.
Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.
Deputat Musa Quliyev də vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub. O bildirib ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir:
“Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.
Deputat Əli Məsimli deyib ki, əlilliyin müəyyənləşdirilməsi istiqamətində xeyli işlər görülsə də, yenə də idarələr arasında süründürməçiliklər var. O, əlillərə verilən müavinətlərin artırılmasını təklif edib.
“Bu gün I qrup Qarabağ əlilinə 182, II qrup 154, III qrup 121 manat pul verilir. I qrup mülki əlillərə isə 124, II qrupa 61, III qrup əlillərə i52 manat vəsait verilir. 52 manat nə deməkdir? Bu kifayət qədər az məbləğdir. Hesab edirəm ki, əlillərin aldığı müəavinəti 2 dəfə artırmaq lazımdır. Həmin müavinətlər 300 manat olmalıdır ki, həmin şxəslərin heç olmasa dərmanına çatsın”.
Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir:
“Deputat həmkarlarımdan soruşuram ki, hansınız 52 manatla dolana bilərsiz? Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Layihə 8 fəsil, 40 maddədən ibarətdir. Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.
Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə qəbul edilib.
meydan.tv
Deputat: Hansınız 52 manatla dolana bilərsiz?

Oxşar xəbərlər