Xanım Məsumənin (s.ə.) Qum şəhərinə gəlişinin ildönümü qeyd edilib

İmam Kazimin (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Fatimeyi Məsumənin (s.ə) müqəddəs Qum şəhərinə gəlişinin ildönümü olan Rəbiul-əvvəl ayının 23-də hərəm minlərlə təbii çiçəklərlə bəzədilərək Xanımın gəlişi qeyd edilib. Aşiqlərin qatıldığı mərasim böyük həyəcan və sevgi gözəlliyi yaşayıb.

Həzrət Məsumə (s.ə.) qardaşı İmam Rzanı (ə) görmək məqsədilə Mədinədən İrana doğru yola düşür və o həzrətin olduğu karvan İranın Savə şəhərinə çatır. 201-ci hicri-qəməri ilində, Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olan xanım bu şəhərdə 17 gün qaldıqdan sonra, 201-ci h.q ilində, Rəbius-sani ayının 10-da qardaşı İmam Rzanı (ə) görmədən, qərib ölkədə əbədiyyətə qovuşur, müqəddəs Qum şəhərində dəfn edilir və şərif məzarı şiələrin ziyarətgahına çevrilir.