Milli Məclisin ən çox maaş alan deputatları

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqlədikdən sonra deputatların maaşı artırılıb. Dəyişiklik mayın 1-dən qüvvəyə mindiyindən, deputatlar bu ayın maaşını artımla alacaqlar.

Maaş bölgüsü belədir:

Milli Məclisin sədri Oqtay Əsədov - 3 min 712 manat 50 qəpik,

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov - 3 min 340 manat 50 qəpik,

Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov - 3 min 154 manat 50 qəpik,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - 2 min 970 manat,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə - 2 min 970 manat,

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov – 2 min 970 manat,

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli – 2 min 970 manat,

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov – 2 min 970 manat,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı – 2 min 970 manat,

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov – 2 min 970 manat,

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov - 2 min 970 manat,

Reqional məsələlər komitəsinin sədri Arif Rəhimzadə - 2 min 970 manat,

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli – 2 min 970 manat,

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov – 2 min 970 manat,

Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov – 2 min 970 manat,

İntizam komissiyasının sədri Ağacan Abıyev – 2 min 970 manat,

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə - 2 min 784 manat,

İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov – 2 min 784 manat,

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə - 2 min 784 manat,

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev – 2 min 784 manat,

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev – 2 min 784 manat,

Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev – 2 min 784 manat,

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev – 2 min 784 manat,

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova – 2 min 784 manat,

Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev – 2 min 784 manat,

İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini – Xanlar Fətiyev 2 min 784 manat,

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev – 2 min 784 manat,

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva – 2 min 784 manat,

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva – 2 min 784 manat maaş alacaq.

Sıravi deputatların maaşı isə 2 min 598 manatdır. 

report.az