Vəkillik fəaliyyəti dayandırılmış hüquqşünas Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə üz tutacaq. Gəncə Apellyasiya Məhkəməsi Yalçın İmanovun şikayətləri üzrə qərarı aprelin 17-də qəbul edib.
Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti çıxarıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini açıqlayıb. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Vəkillik fəaliyyətinə məhkəmə xitam verə bilər. Ona görə də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovu vəkillikdən uzaqlaşdırmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə baxışına qədər isə, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarına əsasən, Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Gəncə İnzibati-İqtisadi Məhkəməsində işə hakim Rəşad Mamedovun sədrliyi ilə baxılır. Fevralın 21-i ilkin baxış zamanı Yalçın İmanov vəsatətlər verib. Bir vəsatət işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə olub. Yalçın İmanov bildirib ki, indiyədək belə işlərə ümumi məhkəmələrdə baxılıb. O, Sumqayıt şəhərində yaşadığını, oradakı hüquq məsləhətxanasında fəaliyyət göstərdiyini bildirib, həmçinin əsas gətirib ki, Vəkillər Kollegiyasının iddiası İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia növlərinin heç birinə aid olmadığına görə inzibati məhkəmədə baxıla bilməz.
Hakim vəsatəti təmin etməyib.
Həmçinin Yalçın İmanov Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddia verib. Eyni zamanda o, iddiasına bir ərizə əlavə edib. Həmin ərizəsində Yalçın İmanov Rəyasət Heyətinin qərarındakı bir hissənin – onun vəkillik fəaliyyətinin dərhal dayandırılması hissəsinin dayandırılmasını məhkəmədən xahiş edib. Yalçın İmanov bildirib ki, məhkəmə prosesi hələ uzun müddət sürə bilər və onun vəkillik fəaliyyətinin bu müddət ərzində, məhkəmə qərar çıxaranadək dayandırılması növbəti ədalətsizlikdir.
Hakim Yalçın İmanovun qarşılıqlı iddiasını icraata götürməyib. Amma onun iddiaya əlavə etdiyi ərizəyə növbəti iclasda baxılacağını söyləyib.
Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. O, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin işi Sumqayıt Şəhər Məhkəməsinə göndərməkdən imtinasına və qarşılıqlı iddiasının icraata götürülməməsinə dair qərardadlarının ləğvini istəyib.
Aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun sədrliyi ilə keçirilən prosesdə Yalçın İmanovun şikayətinin təmin olunmamasına qərar verilib.
Novator.az-a danışan Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəyini deyib: “Mən vəkillik fəaliyyətimə xitam verilməsi barədə işə Sumqayıt Şəhər Məhkəməsində baxılmasında və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiamın icraata götürülməsində israr edirəm”.
Yalçın İmanov Ali Məhkəməyə üz tutur

Oxşar xəbərlər