Vəkil məhkəməyə polis vasitəsilə gətirilib
“Xəmsə” şadlıq sarayının keçmiş sahibi Mürvət Həsənli hüquqşünas Aslan İsmayılovun cəzalandırılmasını istəyir. O, hüquqşünasın Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Deyir ki, A.İsmayılov özünün “Facebook” səhifəsindəki paylaşımlarında onu “dələduz” adlandırıb.
Mayın 24-də hakim Azər Tağıyevin sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. A.İsmayılov məhkəməyə məcburi qaydada, polis vasitəsilə gətirilib.
Məhkəmədə A.İsmayılov bildirib ki, doğrudur, M.Həsənli barədə “dələduz” fikrini səsləndirib. Çünki M.Həsənli onun müvəkkili olan türk iş adamı, “Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Orala qarşı dələduzluq edib: “Mən günü bu gün də deyirəm ki, bu adam dələduzdur”.
A.İsmayılovun sözlərinə görə, M.Həsənli özü Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində də, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində də yazılı izahatlarında Ömür Orala 1.3 milyon borcu olduğunu, qısa müddətdə verəcəyini bildirib, amma vədinə əməl etməyib.
Məhkəmədə A.İsmayılov iddianın əsassız olduğunu söyləyib. Qarşı tərəf isə iddianın icraata götürülüb, işin məhkəmə baxışına verilməsini istəyib. İş baxışa verilib və A.İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb.
A.İsmayılov məhkəmədən xahiş edib ki, M.Həsənlinin türk iş adamına borclu olmasıyla bağlı prokurorluqdan və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən materiallar alınsın.
Məhkəmə mayın 31-də davam edəcək.
meydan.tv
Məhkəmə Aslan İsmayılovu təqsirləndirilən şəxs qismində cəlb etdi

Oxşar xəbərlər