Hakimiyyət Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illiyə dayandırdı
Vəkillər Kollegiyası Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illik dayandırıb.
“Azadlıq”a açıqlamasında Nemət Kərimli bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun VK-yə şikayəti əsasında baş tutub. R.Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 illiyə dayandırılması barədə bu gün qərar verib.
Eyni üsulla Rüstəm Usubov vəkil Əsabəli Mustafayevlə bağlı Kollegiyaya şikayət yazıb. Vəkil Gözəl Bayramlı ilə bağlı işi siyasiləşdirməklə Baş Prokurorluğun nüfuzuna zərbə vurub, eyni zamanda bu həbslə bağlı ictimaiyyəti caşdıran informasiya verib.
Beləliklə, siyasi işlərə çıxan az sayda vəkilin daha ikisinin fəaliyyəti dayandırıldı. Hakimiyyət bu yolla siyasi fəalları müdafiəsiz qoymaq siyasətini davam etdirir. Bu həm də hakimiyyətin göstərişlərini müzakirəsiz icra edən Vəkillər Kollegiyasının, vəkillik institutunun hansı durumda olmasının göstəricisidir.
Daha iki vəkilin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər