Minlərlə israilli məskunlaşmaçı işğal altındakı Qüdsdə yerləşən Bab əl-Əmud bölgəsinə daxil olaraq “Bayraq yürüşü” adlandırılan tədbirdə iştirak edib.
Yürüş sionist rejimin təhlükəsizlik qüvvələrinin ciddi mühafizəsi altında keçirilib və şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb.
Tədbirdə işğalçı rejimin qondarma hökumətinin və parlamentinin bir sıra üzvləri iştirak edib.
Onların arasında İsrailin “Milli Təhlükəsizlik” naziri İtamar Ben Qvir və maliyyə naziri Bezalel Smotriç də yer alıb.
Bundan başqa, sionist rejim polisi və ordusunun nümayəndələri, həmçinin Knessetin bir sıra deputatları da yürüşdə iştirak ediblər.
Yürüş iştirakçıları qondarma israil bayraqları qaldıraraq fələstinlilərə qarşı irqçi və təhrikedici şüarlar səsləndiriblər.
Bəzi məskunlaşmaçılar Əl-Əqsa məscidinin yerində “məbəd” tikilməsini tələb edən plakatlar qaldırıblar.
Hadisə zamanı bir sıra fələstinli sakinlər və jurnalistlər təhqirə məruz qalıb, onlara qarşı tüpürmə və söyüş halları qeydə alınıb.
Sionist rejim qüvvələri Bab əl-Əmud divarlarında snayperlər yerləşdirib və köhnə şəhərin ətrafında təhlükəsizlik qüvvələrinin sayını artırıb.
İşğalçı sionist polisi fələstinlilərin köhnə şəhərdə sərbəst hərəkətinə mane olub və mağaza sahiblərini obyektlərini bağlamağa məcbur edib.
“Bayraq yürüşü” sionist rejimin sağçı qrupları tərəfindən 1967-ci ildə Şərqi Qüdsün işğalının ildönümü münasibətilə təşkil edilir.
Tədbir hər il Bab əl-Əmud və köhnə şəhərdə keçirilir və fələstinlilərə qarşı təxribatlar səbəbindən ciddi gərginlik yaradır.
Minlərlə yəhudi Qüdsdə Bab əl-Əmuda yürüş etdi