Dağıstanda Əqsa məscidinin bənzəri inşa edilir

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində Məscidül-Əqsa məscidinin tam bənzəri olacaq yeni məscidin təməlinin qoyulması ilə bağlı təntənəli mərasim keçirilib.

Tədbirə çox sayda qonaq, o cümlədən Dağıstanda yaşayan Qəzza sektorundan olan fələstinlilər qatılıb.

Təməlqoyma mərasimi zamanı Qurani-Kərim tilavət edilib, dualar edilib.

Məscidin xalqın ianələri hesabına tikildiyi bildirilir. Möminlər imkanları daxilində maddi dəstək göstərirlər və təməlqoyma mərasimində iştirak edən qonaqların əksəriyyəti də tikinti üçün maliyyə yardımı edib.