Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirak etmək Finlandiya üçün əsas prioritet deyil.
Bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.
Valtonen bildirib ki, "Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik, lakin bu mərhələdə (Hörmüz boğazının açılması, - red.) bizim əsas prioritetimiz deyil".
Onun sözlərinə görə, Baltik dənizində təhlükəsiz naviqasiya məsələsi Finlandiya üçün daha vacibdir. Valtonen həmçinin vurğulayıb ki, Finlandiya Rusiya ilə 1340 kilometrlik quru sərhədini bölüşür. Nazirin fikrincə, Rusiya hələ də Avropa üçün təhlükə yaradır.
Finlandiya da Trampın çağırışına rədd cavabı verdi