Aministiya aktı iddia olunduğu kimi müharibə iştirakçılarının ailələri, şəhid, qazi və onların birinci dərəcəli ailə üzvüləri kimi kriteriyaları səsləndirsə də sonunda üstünlük Xocalı soyqırımını törədənlərə verildi. Hakim dairə bunu iki ölkə arasında sülhə təkan olaraq atılan addım olaraq təqdim edincə ermənini sülhə məcbur edib masaya oturdanlar bu humanizmi dəmir barmaqlıqlar arxasından izlədilər.
Hətta təqdimat edilən ölçü vahidlərini kənara qoyub, ötən ilin aprelində həbs edilən bir gözünü Qarabağın azadlığına qurban verən Hacı Vəliyevi azad etmək belə hakimiyyətin marağında olmadı, hansı ki, o elə elan olunan şəxsi göstəricilərlə buraxılan şəxslərdən olmalı idi.
Hər nə bəhanə düşünülməsindən asılı olmayaraq Hacı Vəliyev iltihablaşan göz yarası ilə hələ də həbsxana divarları arxasında, Xocalı qatili isə Ermənistanda xəstəxanada sağlamlığını bərpa edir.
Günlərini yaşadığımız 20 yanvar şəhidlərinə məxsus ailənin üzvləri Quliyev Qurban və Əsgərov Namiq də layihənin kənarında qalanlardan oldu. MBH üzvləri olan gənclərlə yanaşı hərəkatın digər üzvü və azadlıq müddətinə 6 ay qalan seyyid Mahir Əzimovun həbs müddətində atası və gənc oğlunu itirməsinə, ailənin onun dəstəyinə ehtiyac duyduğu vəziyyət təəssüf ki, humanizmin ona deyil, Xocalıda anaların qarnını yırtaraq uşaqlarını bətnindən çıxaranlara şamil edilməsi həqiqətən də ürək ağrıdandır.
Görünən budur ki, hakimiyyətin azadlıq üçün nəzərdə tutduğu əsaslar tamam fərqli göstəricilərlə müəyyən olunur.
Nəticə etibarı ilə aministiya hakimiyyətin maraqlarına hesablanan siyasi bir akt olub yalnız şəxsisini qane edən ölçü vahidlərinə əsaslanıb ki, bu sırada nəticə göründüyündən fərqli olmadı.
Qarabağ qazisi həbsdə, erməni cəlladı azadlığa qovuşdu