ABŞ Prezidenti Donald Trampın qərarı ilə 4 mart 2025-ci il tarixindən etibarən Kanada və Meksikadan idxal olunan mallara 25% əlavə gömrük rüsumu tətbiq edilməyə başlanılıb.
Bu barədə Ağ Evdən bildirib.
Bu addım ABŞ-ın ticarət balansını yaxşılaşdırmaq və daxili istehsalı təşviq etmək məqsədi daşıyır.
ABŞ-ın Kanada və Meksikadan idxal edilən mallara 25% əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq, hər iki ölkə ABŞ mallarına qarşı analoji tədbirlər görəcəklərini açıqlayıblar.
Kanadadan cavab tədbiri
Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, ölkəsi ABŞ-dan idxal olunan 155 milyard dollar dəyərindəki məhsullara 25% rüsum tətbiq edəcək. Bu tədbirlər 4 martdan etibarən mərhələli şəkildə qüvvəyə minəcək. İlkin olaraq 30 milyard dollarlıq mallara dərhal, qalan 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar tətbiq olunacaq. Trüdo həmçinin vətəndaşları ABŞ məhsulları əvəzinə yerli Kanada məhsullarını almağa çağırıb.
Meksikanın ABŞ-yə cavabı
Meksika Prezidenti Klaudia Şeynbaum da ABŞ-ın rüsum qərarına cavab olaraq, hökumətinə Meksikanın maraqlarını qorumaq üçün rüsum və qeyri-rüsum tədbirlərini əhatə edən "B Planı"nı həyata keçirməyi tapşırdığını bəyan edib. Rüsumlarla bağlı digər detallar hələ açıqlanmayıb.
Bu qarşılıqlı rüsum tədbirləri ABŞ, Kanada və Meksika arasındakı ticarət əlaqələrinə əhəmiyyətli təsir göstərə bilər.
APA
ABŞ-ın Kanada və Meksika mallarına tətbiq etdiyi rüsumlar qüvvəyə minir