17 saylı cəzaçəkmə müəsisəsindən daha bir qrup siyasi məhbus inanclı xanımların həbsini pislədi

“Biz, Azərbaycan Respublikasının Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində  cəza çəkən bir qrup vicdan məhbusu, ölkəmizdə baş verən son hadisələrlə bağlı mövqeyimizi ictimaiyyətə çatdırırıq.

İllərdir müxtəlif güc strukturlarının vətəndaşlarımızı şərləyərək məsuliyyətə cəlb etdiklərinin şahidi olmuşuq. Təəssüf ki, bu gün bu haqsızlıq və saxta ittihamlar artıq milli mentalitetimizin və milli-mənəvi dəyərlərimizin ən əsas sütunu, qırmızı xətti sayılan xanımlarımıza qarşı da həyata keçirilir.

Qeyrət və namus məsələlərində həssas olan xalqımız yaxşı bilir ki, xanımlara qarşı atılan bu məkrli addımlar ölkədə ciddi narazılıq və qarşıdurma yarada bilər. Biz dini ayinləri icra etdiyinə görə xanımların şərlənərək saxlanılmasını qətiyyətlə pisləyir, bununla bağlı dərin narahatlığımızı bildiririk.

Bununla da aidiyyəti dövlət orqanlarından Xanım Zeynəb (s.ə.) məktəbinin davamçılarının dərhal azad olunmasını tələb edirik."

 

Azərbaycan Respublikasının Penitensiar Xidmətinin

17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup vicdan məhbusları...