İsrail ordusu Qəzzada HƏMAS-ı bəhanə edərək növbəti hündürmərtəbəli binaya zərbə endirib

İsrail ordusu Qəzzada HƏMAS tərəfindən istifadəsini iddia etdiyi hündürmərtəbəli binaya zərbə endirib.

Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, güya HƏMAS bu binanın altında olan infrastrukturdan İsrail ordusuna qarşı hücumların icrası üçün istifadə edib.

Qeyd edilib ki, binanın altındakı məkanlar israilli hərbçilərə qarşı pusqu və HƏMAS döyüşçüləri üçün qaçış marşrutuna çevrilib.

İsrail ordusu binaya zərbə endirməzdən əvvəl mülki şəxslərə dəyə biləcək ziyanın azaldılması üçün qabaqlayıcı tədbirlər gördüyünü bəyan edib.

Bəyanatda İsrail HƏMAS mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə günahlandırılıb. Hansı ki, ardı kəsilmədə çadır güşərgələrinə, qaçqınların yerləşdiyi ərazilərə, qida üçün gələn qəzzalı qaçqınlara İsrail atəş açmaqla məkirli oyununu gizlətdiyi addımları ilə bu dəfəki hücumu heç bir şey ilə fərqlənmir.