Husilər Qırmızı dənizdə İsrailin "Scarlet Ray" neft tankerini vurublar.
Xarici KİV-lər xəbər verir ki, Liberiya bayrağı altında üzən İsrailə məxsus tanker Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu liman şəhərinin cənub-qərbində yaxınlıqda hücuma məruz qalıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, gəminin ekipajı “naməlum mərminin bilavasitə yaxınlığında sıçrayış olduğunu və güclü partlayış səsi eşitdiyini” bildirib. Onlar qeyd ediblər ki, bütün heyət təhlükəsizdir və gəmi öz marşrutunu davam etdirir.
Husilər İsrailin neft tankerini vurublar