Tibilisidə Həzrət Məhəmmədin (ə) mübarək mövludu qeyd edildi

Tbilisidə Həzrət Məhəmmədin (s) mövludunun 1500-cü ildönümü qeyd olunub.

Tbilisi şəhərində Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Həzrət Məhəmmədin (s) mövludunun 1500-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirə BGMİ şeyxi Hacı Faiq Nəbiyev, müftilər Etibar Eminov və Adəm Şantadze, həmçinin Gürcüstanın Dini Məsələlər Üzrə Dövlət Agentliyinin nümayəndələri, diplomatik korpusların səfir və diplomatları, din xadimləri, ictimaiyyət nümayəndələri, xarici qonaqlar qatılıblar.