BRICS üzvü İslam ölkələrinin rəhbərləri ailə strukturunun dağıdılmasını insanlıq üçün təhlükə sayır

BRICS müqaviləsinə üzv olan İslam ölkələrinin dini liderləri ən vacib qlobal məsələlərlə bağlı rəsmi mövqelərini açıqlayan bəyanat yayaraq, sağlam ailə strukturunun pozulmasını gələcəkdə insanlığın qarşısında ciddi təhlükə kimi qiymətləndiriblər.

BRICS üzvü İslam ölkələrinin dini liderlərinin toplantısı Braziliyada keçirilib. Bu tədbirdə ölkəmizi İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri, höccətül-islam Məhəmməd Mehdi İmanipur təmsil edib.

Toplantıya BRICS-ə üzv olan 10 müsəlman ölkələrinin dini liderləri qatılıb və görüşün sonunda ən vacib dünya məsələləri ilə bağlı rəsmi mövqelərini əks etdirən bir bəyanat qəbul ediblər.