Bu sırada geniş, müxtəlif tərəf və hədəflər, xüsusi olaraq iqtisadi faktorlar müzakirə predmeti ola bilər. Lakin bəlli prinsipləri rəhbər tutub mövzu ilə bağlı yekun yanaşmanı edərək bu günün siyasi məhbus siyahısında inanclıların olma səbəblərini ölkənin alt qat qoruma sistemi, mənəvi və əxlaq, dini-milli-sosial birlik və əqidə kimi dəyərlərin olduğu ilə əlaqələndiririk.
Hər bir siyasi təsirin mütləq bir zamanı, hər zamanın mütləq bir tələbi var. Bəllidir ki, bu tələblər öz zamanında lazım olan nəticəni əldə edə bilməzsə sonrakı zamanlarda həmən boşluqdan mütləq problemlər yaranacaq. Bu günün tərəfləri, birlik nümayiş etdirib sabahın “təhlükə” adlanan həqiqətini qarşılamaq üçün inancı hədəfə alaraq onun beynəlxalq aləmdə belə müdafiəsiz vəziyyətə salınmasını razılaşdırılması bir plan ətrafında icra edilən addımlardır. Daxili-xarici güclərin genişlənməkdə olan siyasi məhbus siyahısına susqun mövqeləri, bütün məlum sanksiyalardan qaçma cəhdləri eyniləşən və ya sifarişçi tərəfin bir olan layihəsinə icra tərəf olaraq oynadıqlarını sərgiləməkdədirlər.
Elə ona görə də siyahı hər dəfə növbətisini üstələməklə artmaqda davam edir. Buna daxili, xarici maraqların qarşılıqlı istək və maliyyə oyunlarının xüsusi təkan verməsi, xalqın əqidə prinsipində şiəliyin dünya gedişində hansı pilləni tutması səbəbindən qorxu məfhumu isə tamam başqa bir yazının mövzusu olaraq təhlilə ehtiyac duyur.
Həqiqət budur ki, bu günün siyasi dini həbsləri adlanan geniş həbslərin arxasında ölkənin köklü dəyərləri, inancı və inamı, milli və dini kimliyi hədəfə alınıb. Çox keçməz ki, bu mərhələni adlayan xalqın qeyd edilən məsələdə göstərdiyi mübarizənin aydın nəticələri bu xalqın hansı dəyərləri müdafiə edib qoruduğunu aydınladar.
İdeoloji müstəvidə İslamın, şiəliyin həqiqəti artıq bir çox məktəblərin puç idealarını ifşa edərkən narahat tərəf və güclərin bütün imkanlardan istifadə edərək anti-islam fəaliyyəti başa düşüləndir. Lakin bütün bu narahatlıqlar mütləq bir gün həqiqət qarşısında çöküş nümayiş etdirəcəklər. Bu sadə həqiqət zamanla təcrübədən çıxıb və şübhə yoxdur ki, növbəti dəfə daha yüksək nəticə sərgilənəcək.
Hələ ki, ölkədə dini müstəvidə həbslər davam edir və inanclılar beynəlxalq aləmdə vicdan məhbusu olaraq bu sıralamada ən yüksək pillədə durmaqdadır. Görünən budur ki, bu gediş hələ bir müddət onların “liderliyini” qoruyacaqda.
Lakin şübhə yoxdur ki, son söz həqiqətin və qələbə, zəfər haqq sahiblərinindir.
Müsəlman Birliyi Hərəkatı Təhlil Mərkəzi
Siyasi məhbus siyahısında inanclılar - Milli və dini kimliyin təminatı (12-ci, sonuncu hissə)