Livanın “Hizbullah” və Fələstinin HƏMAS hərəkatlarının liderləri Seyid Həsən Nəsrullah və Yəhya Sinvar regionun taleyini dəyişən şəxsiyyətlərdir.
Bu barədə İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bölgədəki hadisələrə toxunarkən bəyan edib.
“Sionist rejim (İsrail) uğur əldə etmədi, lakin daha da böyük uğursuzluq Qərbin mədəniyyət və siyasətinə aiddir”, – deyə o qeyd edib.
Şəhid Nəsrullah və şəhid Sinvarın regionun taleyində dəyişikliyə səbəb olduğunu ifadə edən Ayətullah Xamenei vurğulayıb ki, “əgər şəhid Sinvar və şəhid Nəsrullah kimi böyük insanlar olmasa idilər, regionun taleyi başqa cür olacaqdı”.
O vurğulayıb ki, müqavimət və şər cəbhələri arasındakı mübarizənin qalibi müqavimət cəbhəsidir.
İranın Ali lideri bildirib ki, Qəzza sektorunda azı 17 min məsum uşağın iki-tonluq və digər fərqli silahlarla qətlə yetirilməsi Qərbdən olan siyasətçilərin və dırnaqarası insan haqları müdafiəçilərinin rüsvay olmasına səbəb oldu və Qərb mədəniyyətinin etibarsızlığını bütün dünyaya nümayiş etdirdi.
“Bu, onlar üçün ən böyük uğursuzluqdur”, – deyə o əlavə edib.
İsraili dəstəkləyənləri “şər cəbhəsi” adlandıran Ayətullah Xamenei bəyan edib, “bu şər cəbhəsinin qarşısında müqavimət cəbhəsi durur və Allahın izni ilə də müqavimət cəbhəsi zəfər əldə edəcək”.
Ayətullah Xamenei Sinvar və Nəsrullah haqda danışdı