Avropa Parlamentinin Sosial Demokratlar və Yaşıllar qrupları, Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində Azərbaycanda Qubad İbadoğlunun və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasına çağırıb. Sosial Demokratlar “X” sosial şəbəkəsində yayımladıqları açıqlamada Azərbaycanı noyabrda keçirilməsi planlaşdırılan konfransdan öncə pisləşən insan haqları vəziyyətini həll etməyə çağırıblar.
“Biz Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu və digər bütün siyasi məhbusları dərhal azad etməyə çağırırıq,” - deyə qrup bildirib. Onlar vurğulayıblar ki, Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır. Açıqlamada həmçinin, bu şərtlər təmin olunana qədər Avropa İttifaqının Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırılıb.
Yaşıllar qrupu da İbadoğlunun azadlığa buraxılmasını tələb edən media açıqlaması yayıb. İbadoğlu Azərbaycanın dövlət neft və qaz sənayesinin əsas tənqidçisi və tanınmış iqtisadçıdır və hazırda ev həbsində saxlanılır. Qrup onu fikir azadlığı üzrə Saxarov Mükafatına namizəd göstərib.
Avropa Parlamentinin üzvü və Azərbaycan üzrə kölgə məruzəçisi Sergey Lagodinski Azərbaycan hökumətini fosil yanacaq gəlirlərindən asılılıqda və müxalifətə qarşı təzyiqlərdə ittiham edib. “Azərbaycanda müxalifət fəalları, jurnalistlər və insan haqları müdafiəçiləri üçün vəziyyət fəlakətlidir,” - deyə o bildirib və BMT iqlim konfransı öncəsi vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə diqqət çəkib.
Yaşıllar qrupunun digər üzvü, Avropa Parlamentinin deputatı Markéta Qreqorova da bu çağırışları təkrarlayaraq, COP29-da iştirak edəcək Aİ nümayəndə heyətini Azərbaycanın insan haqları vəziyyətini qınamağa çağırıb. “Biz Bakıda keçiriləcək COP29 konfransı öncəsi Azərbaycan müxalifətinin mübarizəsini tanımalı və dəstəkləməliyik,” - deyə o əlavə edib.
Qətnamə üzrə səsvermə cümə axşamı, 24 oktyabr tarixində keçiriləcək. 2024-cü il Saxarov Mükafatının verilməsi ilə bağlı qərar həmin gün plenar iclasda elan olunacaq.
Turan.az
Avropa Parlamenti Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırır