"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Livanın "Hizbullah" hərəkatı Təl-Əviv ətrafında yerləşən Glilot hərbi kəşfiyyat bazasına və Hayfanın şimal-qərbindəki İsrail hərbi-dəniz bazasına raket zərbələri endirib.

Bu barədə İsrail KİV-ləri məlumat yayıb. 

Qeyd olunur ki, raket zərbəsi Təl-Əviv yaxınlığındakı Nirit kəndinə endirilib. Bundan əlavə, "Hizbullah" ölkənin şimalında yerləşən Hayfa şəhərinin şimal-qərbində yerləşən İsrail hərbi dəniz qüvvələrinin “Stella Maris” bazasına raketlərlə hücum edib.

 

Unikal.az