İranın xarici işlər naziri Abbas İraqçi ABŞ-ın bölgədəki bütün baza və hərəkətlərini yaxından izlədiklərini açıqlayıb.
Bölgədəki son hadisələri müzakirə etmək üçün yüksək səviyyəli bir heyətin başında Küveytdə olan İranın xarici işlər naziri Abbas İraqçi mətbuata açıqlamasında deyib: “Biz ABŞ-ın bölgədəki bütün baza və hərəkətlərini yaxından izləyirik və ABŞ-ın İordaniyadakı bazaları haqqında İordaniya hakimiyyətinə məlumat vermişik.
Bütün bölgədə müharibəni dayandırmağa çalışdıqlarını ifadə edən xarici işlər naziri İrakçi, “Əlbəttə ki, sülhü təmin etmək üçün fərqli yollar gedilə bilər və bölgə ölkələri ilə təmasdayıq. Bizim nümayəndəmiz Beyrutdadır və tərəflərlə görüşlər keçirir. “Əlbəttə ki, atəşkəslə bağlı qərar vermək Livan hökumətinin məsuliyyətidir və təbii ki, biz onlara bu işdə kömək edəcəyik” deyib.
Nazir İrakçi Küveytə səfəri zamanı iqtisadi və ticari əlaqələrə dair də danışıqlar aparacağını bildirib.
“Bölgədəki bütün ölkələr bizə deyirlər ki, İsrailin nüvə mərkəzlərinə hücumu bir yana qalsın, İrana hücumuna da qarşıdırlar. Biz vurğulayırıq ki, İsrail hər hansı şəkildə İrana hücum edərsə, o da eyni cavabı alacaq.
İsrail heç bir cinayətdən çəkinməyib və ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi ilə bu cinayətləri törətməkdə davam edir. Təbii ki, bunların bəziləri hərbi cinayətlərdir. Nüvə obyektlərinə hücum təhdidi etmək böyük beynəlxalq cinayətdir.
Biz bilirik ki, Birləşmiş Ştatlar heç bir beynəlxalq qaydalara əməl etmir, lakin biz mümkün təhlükələrə cavab verməyə hazırıq və özümüzü müdafiə etmək üçün öz üsullarımız var", - deyə İraqçi bildirib. “Onlar bizim nüvə obyektlərimizə hücum etsələr, onları hansı reaksiyanın gözlədiyini bilirlər."
İraqçı: Biz ABŞ-ın bölgədəki bütün bazalarını diqqətlə izləyirik