Təşkilatçıların bildirdiyinə görə, Fransa hökumətinin qərarından sonra gələn ay Fransada keçiriləcək böyük "Euronaval" müdafiə sərgisində iştirak edən İsrail nümayəndə heyətlərinə stend qurmağa və ya avadanlıq sərgiləməyə icazə verilməyəcək. Bu qərar İsrailin qəzəbinə səbəb olub.
Belə bir qərar prezident Emmanuel Makronun İsrailin Livandakı şiə Hizbullah silahlı qruplaşması və Qəzza zolağında fələstinlilərin HƏMAS silahlı qruplaşmasına qarşı apardığı kampaniyalar zamanı mülki itkiləri tənqid edən şərhindən sonra İsraillə Fransa arasında gərginliyin artdığı bir vaxt qəbul edilib.
Fransa lideri keçən həftə İsrailin hər iki əməliyyatda istifadə etdiyi silahların ixracını dayandırmaq münaqişələri dayandırmağın yeganə yolu olduğunu israr edib.
Noyabrın 4-də Parisdə açılacaq sərginin təşkilatçıları "Fransa hökuməti heç bir stend və ya avadanlıq sərgisi olmadan İsrail nümayəndə heyətinin "Euronaval" 2024-də iştirakını təsdiqləmək barədə qərarını "Euronaval"-a çatdırıb" deyə, bildirib.
Qərardan sonra İsrailin müdafiə naziri Yoav Qallant Makronu sərt tənqid edib və bu qərarı "rüsvayçılıq" adlandırıb.
Qallant X-də "Makronun hərəkətləri Fransa xalqı və müdafiə etdiyini azad dünyanın dəyərlərinə utancdır. Fransada İsrailin müdafiə sənayesinə qarşı ikinci dərəcəli ayrı-seçkilik qərarı müharibə zamanı İsrailin düşmənlərinə yardım etməkdir" yazıb.
"Biz dövlətimizi 7 müxtəlif cəbhədə düşmənlərə qarşı müdafiə etməyə davam edəcəyik və Fransa ilə və ya Fransasız gələcəyimiz üçün mübarizə aparacağıq" Qallant əlavə edib.
Dünyanın hər yerindən hərbi dəniz müdafiəsinin iştirak etdiyi iki ildən bir keçirilən "Euronaval”"yeddi İsrail şirkətinin qərardan təsirləndiyini bildirib.
"Fransa hökumətinin qərarına uyğun olaraq, iştirak etmək istəyən İsrail şirkətləri və vətəndaşları sərgiyə yuxarıda sadalanan şərtlərlə qarşılanacaq" - deyə, "Euronaval" əlavə edib.
AmerikanınSəsi
İsrailin müdafiə naziri ölkəsinin Fransada keçiriləcək müdafiə sərgisində iştirakına qadağa qoyduğuna görə Makronu tənqid edib