Livana ikinci hücum: İlkin məlumatlara görə, 3 ölü, ən azı 100 yaralı var

Livan mediasının məlumatına görə, Beyrutun cənub ətraflarında partlayış səsləri eşidilib. Al Hadath telekanalının xəbərinə görə, rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində azı 100 nəfər xəsarət alıb.

Livan mediasının yerli xəbərlərinə görə, Beyrutun Dahieh rayonunda evlər də daxil olmaqla bir çox rabitə qurğusu partlayıb. Çoxlu Hizbullah üzvünün yaralandığı bildirilib.

Sputnik-ə danışan mənbə, Livanın müxtəlif bölgələrində Hizbullahın istifadə etdiyi bir sıra simsiz rabitə vasitələrinin partladığını və ilk məlumatın bunların peycer olduğunu bildirib.

Livan Xəbər Agentliyinin məlumatına görə, Bekaa bölgəsinin Sehmur şəhərində peycer partlayışları nəticəsində 3 nəfər həlak olub.

Bildirilib ki, çərşənbə günü günorta Livanın paytaxtı Beyrutun Dahieh rayonunda peycerdə bir neçə partlayış baş verib.

Məlumata görə, partlayışlar Livan parlamentinin Hizbullaha bağlı deputatının oğlunun dəfn mərasimi zamanı baş verib.