Hizbullah PUA ilə sionistlərin işğal olunmuş Qolandakı qərargahına zərbə endirdi

 Livan Hizbullah Hərəkatı işğal altındakı Qolanda bu rejimin ordu qərargahına zərbə endirdiyini açıqlayıb.

Hizbullah Hərəkatı yaydığı bəyanatda bildirib ki, hücumçu pilotsuz təyyarə eskadronu “Nəfəh” kazarmasında “Qolan 210” diviziya komandanlığının zabit və əsgərlərinin qərargahını hədəfə alıb. Hədəfi birbaşa vurulub.

Hizbullah əlavə edib ki, bu hücum “Əl-Məsnə” və “Əl-Bəqa” bölgəsindəki terrorlara cavab olaraq həyata keçirilib.

Sionist rejimin mediası da işğal altındakı Qolanın şimalında bir neçə pilotsuz təyyarənin partlaması barədə məlumat yayıb.

Hizbullah daha əvvəl də məlumat vermişdi ki, İslami müqavimət qüvvələri sionist rejimin Bəqaya qarşı təcavüzünə cavab olaraq düşmənin zabit və əsgərlərinin Yarada yerləşdiyi mövqeləri diqqətlə hədəfə alıb.