Rusiyanın Azərbaycandakı səfiri: Aİ-nin Ermənistandakı missiyası Azərbaycan, Rusiya və İran əleyhinə məlumatlar toplayır

“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası faktiki olaraq Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır”.

Bunu RİA “Novosti”yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.O bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna və bir sıra dövlətlərdə mövcud marionet hakimiyyətlər vasitəsilə Rusiyanın qonşuluğundakı münaqişə ocaqlarını alovlandırmaq üçün istənilən addımlara hazırdır: “Bu regiona müdaxiləyə, məsələn, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını göstərmək olar. Kanadadan olan “ekspertin” də onun tərkibinə daxil edilməsi ilə bu missiya NATO-nun naməlum məqsədlərə xidmət edən əməliyyatına çevrilib. Bu müşahidə missiyasının məxfiliyi və nə Ermənistana, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu deməyə əsas verir. Faktiki olaraq bu missiya Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur”.

 

APA