“Ərbəin ümumbəşəri mərasim və İmam Hüseynin (ə) islahat bayrağının daşıyıcısı olduğunu göstərir”

Kərbəlada 8-ci Beynəxalq Ərbəin konfransı öz işinə başlayıb. Konfransda İraq və digər ölkələrdən qonaqlar qatılıblar.

Ərbəin konfransı tədbiri Ayətullah Sistaninin Kərbəla üzrə nümayəndəsi və ziyarətgah kompleksin təşkilatçılığı ilə səkkizinci ildir keçirilir.

İmam Hüseynin (əleyhissalam) Ərbəin ziyarəti məzlumların, zəiflərin və yoxsulların qələbəsidir.

Konfransda iştirak edən Somalidə Əhli-Sünnə Üləma, Camaat və Təsəvvüf Məclisi Ali Şurasının müşaviri Məhəmməd Əli İsa Ərbəin yürüşünə toxunaraq deyib: “Ərbəinə qoşulan hər kəs İmam Hüseynin (ə) tərəfdarı, məhəbbətinə görə bu çətin və məşəqqətli yürüşə qoşulurlar. Onlar Allahın rizası və Hüseynin (ə) məhəbbəti üçün xidmət edir və bu, İmam Hüseynin (ə) İslam ümməti, Muhəmməd (s) ümmətində islahat bayrağının daşıyıcısı olmasına tutarlı dəlildir”.

İmam Hüseynin (ə) müqəddəs türbəsində keçirilən 8-ci Beynəlxalq Elmi Ərbəin Ziyarət Konfransında iştirak edən İsa sözlərini belə davam etdirdi: “Bu ziyarət qloballaşıb və artıq yerli xarakter daşımır. “Bu səfər zamanı biz dua edirik ki, təhlükəsizlik və sabitlik ölkələrimizə yayılsın”.

“İmam Hüseyn (ə) Allah Rəsulunun (s) nəvəsidir və İmam Əli (ə) ona “Hərb”, Rəsulullah (s) isə ona “Hüseyn” adını vermişdir. Bu adlar və hərfləri sülhə işarə edir və təbiətinə görə Hz. Muhəmməd (s) ümmətini sülhsevər ümmətə doğru istiqamətləndirir və bu, İslam aləmində heç bir xüsusi qrupa, bölgəyə və ya şəhərə xas olmayan bir baxışdır.